“Əl Şifa” xəstəxanasına basqın edən İsrail əsgərləri xəstəxanadakı həkimlərə, xəstələrə və köçkünlərə tibb kompleksini boşaltmaq üçün cəmi bir saat vaxt verib.
Medianews.az xəbər verir ki, Şifa xəstəxanasının həkimi Munir əl-Bərş İsrail ordusunun bir saat ərzində tibb müəssisəsinin boşaldılmasını əmr etdiyi zaman baş verənlərdən danışıb.
Əl-Bərş bildirib ki, təxminən 450 xəstə təxliyə edilib, 120-yə yaxın xəstə isə hərəkət edə bilmədiyi üçün geridə qalıb. “Xəstəxana direktoru, digər dörd həkim və kiçik bir tibb bacısı onlara kömək etmək üçün qaldı” – o deyib.
Fələstinli həkim sözlərinə əlavə edib:
“Xəstələrin çoxu əlil arabalarına və ya təkərli çarpayılara qoyulmuşdu. Ailə üzvləri yaralı uşaqlarını və ya valideynlərini özləri daşımalı oldular. Bunlar dəhşətli, görünməmiş səhnələrdir.”