Adıyamanda 6 fevral zəlzələsinin dağıntılarının təmizlənməsi işləri zamanı gənc qızın cəsədi tapılıb.
Medianews.az xəbər verir ki, araşdırmalar nəticəsində cəsədin 120 gündür itkin kimi axtarılan 20 yaşlı Sude Nur Durana məxsus olduğu müəyyən edilib.
Məlumata görə, Turqut Rəis Məhəlləsi Fələstin küçəsində dağıntıları təmizləyən qazma operatoru qadın cəsədi ilə qarşılaşaraq vəziyyəti polislərə xəbər verib. Hadisə yerinə gələn polis qrupları qalıqları və cəsədi araşdırıb.
Aparılan araşdırmalardan sonra naməlum meyitin itkin düşdüyü üçün axtarışda olan 20 yaşlı Sude Nur Durana məxsus olduğu müəyyən edilib. Duranın cəsədi dövlət prokurorunun hadisə yerindəki araşdırmalarından sonra Adıyaman Təhsil və Araşdırma Xəstəxanası Morquna aparılıb.
Məlum olub ki, zəlzələdə gənc qızın anası, atası və qardaşı da həyatını itirib.
Medianews.az