Hindistanda tikilməkdə olan körpü naməlum səbəblərdən uçub.
Medianews.az xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmasa da, körpünün uçduğu anlar hər saniyə qeydə alınıb.
Hindistanın Bihar əyalətinin Bhaqalpur rayonunda tikintisi davam edən “Aquvani-Sultanqanc” körpüsü uçub. Səlahiyyətlilər hadisə nəticəsində ölən və yaralananların olmadığını açıqlayıblar. Noyabr ayında açılması gözlənilən körpünün Qanqa çayı üzərindən Xaqariya və Bhaqalpur bölgələrini birləşdirəcəkdi. Körpünün hansı səbəbdən çökdüyü hələ məlum olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.
Medianews.az