“Azərbaycan xalqının 90 faizi Ərdoğanın yenidən prezident seçiləcəyinə inanır”.
Medianews.az xəbər verir ki, bu sözləri Sosial Araşdırmalar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc sorğunun nəticələri əsasında bildirib.
Belə ki, Azərbaycanda Sosial Araşdırmalar Mərkəzi (MTM) 2023-cü il mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı sorğu keçirib.
Sorğunun nəticələrinə görə, Azərbaycan xalqının 87,8 faizi prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gələcəyini düşünür.
Sorğunun 64 rayonda aparıldığını deyən Zahid Oruc sorğuda yaşı 18-dən yuxarı olan 1070 nəfərin iştirak etdiyini vurğulayıb.
İştirakçıların 31 faizi Türkiyədəki seçkilərlə bağlı gündəmi tez-tez izlədiklərini qeyd edən Zahid Oruc onların 52,8 faizini arabir izlədiyini bildirib. İştirakçıların 16,1%-i Türkiyədə seçki gündəmini heç vaxt izləmədiyini bildirib.
Medianews.az