Ekspertlər bir çox məşhur idmançıların, o cümlədən futbolçu Kriştiano Ronaldonun ayaq dırnaqlarını qara lakla boyamasının əsl səbəbini açıqlayıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bəzən kişi məşhurların pərəstişkarları onların dırnaqlarına boyanmış şəkillərini sosial şəbəkələrdə yerləşdirdiklərini görürlər. Bu həm futbolçular, həm də müxtəlif MMA və UFC döyüşçüləri üçün də aktualdır.
Ekspertlər deyirlər ki, əslində idmançılar göbələk və bakteriyalardan qorumaq üçün dırnaqlarını rəngləyir və ya qoruyucu təbəqə ilə örtürlər. Bu, idman mütəxəssisləri arasında kifayət qədər tez-tez rast gəlinən bir hadisədir – MMA döyüşçüləri də sağlamlıq tendensiyasına aludə olurlar.