İzmirə iş müsahibəsi üçün gedən və geri dönməyən gənc qızın öldüyü məlum olub.
Medianews.az xəbər verir ki, yoxa çıxdıqdan bir gün sonra xəstəxanada dünyasını dəyişən Aslıhan Sinem Çiçəyin son görüntüləri ortaya çıxıb.
Araşdırma aparan polis gənc qızın son olaraq Cem. A. adlı şəxsin evinin yaxınlığında göründüyünü təsbit edib. Görüntülərdə Çiçəyin əvvəldən axıra qədər tələsik qaçdığı görünüb.
Polis sözügedən ünvanda əməliyyat keçirib və Cem.A saxlanılıb.
‘Cinsi təcavüz’ ittihamı ilə ədliyyəyə sövq edilən Cem A. məhkəmə nəzarəti şərti azadlığa buraxılıb. Ayağında elektron qandal olan Cem A.-nın ölkədən çıxışı, xüsusən də evindən çıxmaması qadağan edilib. Hazırda istintaq davam edir.
Medianews.az