Gənc qızın 13 yaşında ikən dodaq kənarındakı çızan sızanaq ilə başlayan dəri problemi zamanla diaqnozu qoyulmayan xəstəliyə çevrilib.
Medianews.az xəbər verir ki, dəri problemini sosial şəbəkədə paylaşan 18 yaşlı qız diqqət çəkərək məşhurlaşıb.
Böyük Britaniyanın Bukingemşir bölgəsində yaşayan 18 yaşlı Nensi Morel bədəninin böyük bir hissəsini əhatə edən, səbəbi hələ anlaşılmayan ləkələri göstərərək sosial mediada fenomenə çevrilib.
Xəstəliyin 13 yaşında məktəbdə dodağının kənarında görünən sızanaqla başladığını ifadə edən Morel, illər keçdikcə ona səhv diaqnoz qoyulduğunu söyləyib. Bütün ağır prosesə baxmayaraq xəstəliyini qəbul etdiyini bildirən Morel, onunla oxşar vəziyyətlər yaşayanlara ilham olmaq istədiyini dilə gətirib.
Son 5 ildə bir çox xəstəxanalara baş çəkdiyini, dəri biopsiyası və müalicə gördüyünü ifadə edən Morel heç bir irəliləyiş olmadığını deyib: “Həkimlər bütün müayinələrinin sonunda dəridəki damarların iltihabı mənasını verən ürtiker vaskulit diaqnozu qoydular. Həftədə üç-dörd dəfə xəstəxanaya müalicəyə gedirdim. Lakin heç bir irəliləyiş olmadığı üçün diaqnozun səhv olduğu anlaşıldı”.
Morel həkimlərin vəziyyəti izləsələr də, hələ də xəstəliyinin səbəbini tapa bilmədiklərini bildirib: “Mənimlə oxşar vəziyyəti olan insanlara çatmaq üçün sosial mediada paylaşımlar etməyə başladım. İnsanlar məni çox mehribanlıqla qarşıladılar və həmişə müsbət rəylər aldım”.
Medianews.az