Türkiyəli iş adamı küçənin ortasında silahlı hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə səhər saatlarında Odunpazarı rayonu, Kırmızıtoprak Məhəlləsinin Örnek küçəsində baş verib.
Əldə edilən məlumata görə, səhər saatlarında avtomobilinə minmək üçün iş yerindən çıxan İsmail Ç. onu gözləyən şəxs tərəfindən sağ ayağından yaralanıb.
Təhlükəsizlik kamerasına anbə əks olunan hadisədə şübhəli bir neçə dəqiqə siqaret çəkərək İsmail Ç.-nin çölə çıxmasını gözləyir. İsmail Ç.-nin ortaya çıxması ilə adam aktivləşir. İsmail Ç.-nin yanından keçən şübhəli daha sonra arxaya dönüb belindən çıxardığı tapança ilə İsmayıl Ç.-nin sağ ayağına atəş açaraq piyada hadisə yerindən qaçıb. Yaralanan İsmayıl Ç. onu vuran şəxsə bir müddət baxır, sonra isə maşınına söykənərək çətinliklə ayaqda dayanır.
Hadisədən sonra ətrafdakı vətəndaşların xəbərdarlığı ilə hadisə yerinə sövq edilən 112 Təcili Sağlamlıq qrupları tərəfindən Əskişəhər Osmanqazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılan İsmail Ç.-nin həyati təhlükəsinin olmadığı öyrənilib. İl Təhlükəsizlik Müdirliyi qrupları hadisə yerində araşdırma apararkən, Asayiş Şöbə Müdirliyi Qəsb və Qətl Büro Komandirliyi şübhəlinin tutulması üçün araşdırmalara başlayıb.
Aytac Şahin
Medianews.az