Mark Zukerberq və həyat yoldaşı Priscilla Çanın 3-cü qız övladı dünyaya gəlib.
Medianew.s.az xəbər verir ki, “Meta” şirkətinin baş direktoru, feysbukun qurucusu Zukerberq bununla bağlı paylaşım edib.
O, sosial şəbəkə hesabında Aureliya adında qızının doğulduğunu bildirib və şəkilləri paylaşıb.
Mark yeni dünyaya gələn qızını “kiçik bir nemət” adlandırıb.
Onun paylaşdığı fotoların altına azəbaycanlı sosial media istifadəçiləri də maraqlı şəhlər yazıblar. İzləyicilər “Dırnağı bərk olsun”, “qırxlı uşağın şəkilini paylaşmazlar”, və.s bu kimi maraqlı fikirlər bildiriblər.
Medianew.s.az