İngiltərədə nəşr olunan sağlamlıq jurnalı olan New England Journal of Medicine, bir tələbənin dostunun toyuq əriştəsi yeyəndən sonra xəstələndiyini yazıb. Vəziyyəti hər dəqiqə pisləşən tələbənin həyatını xilas etmək üçün həkimlər onun əl və ayaqlarını amputasiya etməli olublar.
Medianews.az bildirir ki, yüksək hərarət və halsızlıq şikayətləri ilə xəstəxanaya aparılan tələbənin qızdırması daha da yüksəlməyə başlayıb. Gəncin ürək döyüntüləri sürətlənib və 20 saatdan sonra dərisi qabıqlanmağa və tökülməyə başlayıb.
Həkimlər tələbənin bədəninin yediyi əriştədən töküldüyünü, oksigen çatışmazlığından isə tələbənin əllərinin, qollarının və ayaqlarının göyərdiyini bildiriblər. Bu səbəbdən tibb işçiləri tələbənin həyatını xilas etmək üçün əllərini və qollarını amputasiya etməli olduqlarını bildiriblər.
Bakteriyaların tüpürcəklə tələbənin bədəninə daxil olduğu təxmin edilərkən, əl-qolunu itirən tələbənin otaq yoldaşının da dünən gecə yediyi əriştədən qusduğu bildirilib.