Şagird dərs zamanı həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Sankt-Peterburqdakı məktəblərdən birində baş verib.
7-ci sinifdə oxuyan 12 yaşlı qızın dərs vaxtı anidən halı pisləşib.
Belə ki, həmin şagird qaçış zamanı qəfil dayanıb və sonra yerə yıxılıb. Bunu görən müəllim ona yaxınlaşaraq, özünə gətirməyə çalışıb.
Təcili yardım və reanimasiya briqadası çağırılsa da, təəssüf ki, qızın həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, şagirdin əvvəl ürəklə bağlı problemləri olub. Buna baxmayaraq onu bu dərsdən azad etməyiblər.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq Komitəsinə və Vıborq Rayon Administrasiyasına müraciət zamanı qurumun mətbuat xidmətindən bildirilib ki, hadisənin baş vermə səbəbi araşdırılır.
Medianews.az