Sosial şəbəkədə istifadəçi təkərdə görünməmiş bir canlı ilə qarşılaşıb. Kiçik dinozavrı xatırladan canlını lentə alan istifadəçi çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Video qısa zamanda 6 milyon baxış sayına çatıb.
Twitter-də yayılan videoda ehtiyat tədbiri olaraq əlinə çubuq alaraq heyvanın reaksiyasını ölçən istifadəçi həmin anları saniyə-saniyə qeydə alıb.
Videodakı məxluqun Eupithecia orichloris ailəsindən Havay adalarında yaşayan bir güvə olduğu irəli sürülüb.
Medianews.az