İsrailin baş naziri Binyamin Netanyahu işğal altındakı İordan çayının qərb sahilində qurulan qeyri-qanuni yaşayış məntəqəsi olan Avitarın qüvvəyə minməsi və Xan əl-Əhmerdəki yaşayış məntəqəsinin boşaldılmasını təxirə salmaq qərarına gəlib.
Medianews.az xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərində qərarın Ramazandan sonra bir müddətə təxirə salındığı qeyd edilib.
KAN-ın xəbəri əsas götürdüyü mənbələrə görə, Netanyahunun təxirə salma qərarı ABŞ-ın İordan çayının qərb sahilində yeni qəsəbələrin tikintisinə dəstək verməməsi və Ramazan ayında gərginliyin artması səbəbindən qəbul edilib.
“Avitar” adlı qeyri-qanuni yəhudi qəsəbəsi 2021-ci ilin may ayında Nablusun Bayta şəhəri yaxınlığındakı Subayh təpəsində salınıb. Təxminən 50 israilli köçkün ailəsinin yaşadığı bu cür qəsəbələr İsrail hökuməti tərəfindən qanuni sayılmır, zaman-zaman alınan qərarlarla qanuniləşdirilir.
Hazırda işğal olunmuş İordan çayının qərb sahilinin müxtəlif yerlərində yaradılmış onlarla böyük yəhudi qəsəbəsində 600 mindən çox köçkün yaşayır.
Xan əl-Əhmer Bədəvi şəhərciyinin İsrail tərəfindən dövlət torpaqlarında lisenziyasız yaradıldığı iddia edilir. Ancaq İsrailin 1948-ci ildə Nəkab bölgəsindən köç etməyə məcbur etdiyi bədəvi tayfası 1950-ci illərdən bəri bölgədə yaşayır.
Medianews.az