Brüsseldə Türkiyə, İsveç və Finlandiya arasında NATO zirvəsindən qalmaqallı görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, Türk Hərbi Hava Qüvvələri general-mayoru Göksel Kahyanın qonaqların boş çay fincanlarını yığması mübahisə yaradıb.
Görüşdən sonra Türkiyəni təmsil edən prezidentin sözçüsü İbrahim Kalın açıqlama verərkən kameralara əks olunan anlar ciddi müzakirələrə səbəb olub. Bu anlar Anadolu Agentliyi tərəfindən canlı yayımlanıb.
Qeyd edək ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Türkiyə, İsveç və Finlandiya arasında Üçtərəfli Memorandum çərçivəsində yaradılmış “Daimi Birgə Mexanizm”in üçüncü iclası keçirilib.
Medianews.az