Çərşənbə, 29 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı – FOTO

TURAN
06/03/2023 16:29
425
BAXIŞ
FacebookTwitterTelegram

Kulis.az Xalq artisti Gülyanaq Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində, onuşaqlı fəhlə ailəsində dünyaya gəlib. Ailədə altı bacı, dörd qardaş olublar. Uşaqlıq və yeniyetməlik illəri kolxozda, əkin-biçində keçən Gülyanaq keçmiş illər haqqında danışanda deyir:

“Mən zəhmətkeş bir ailədə böyümüşəm. Tütün əkirdik, barama saxlayırdıq. Biz o qədər əziyyətlərdən, zəhmətlərdən keçmişik ki. Ailəlikcə fəhləliyə, işə bağlı olmuşuq. Gecə-gündüz əkin sahələrində işləmişəm. Əllərimiz işləməkdən qabar-qabar olub. Tütün sahələrində səhərə qədər gecələdiyimiz olub ki, su növbəsini qaçırmayaq, gecə tütünlərimizi suvaraq. Tütün yarpaqlarını iynəyə düzə-düzə bir gözüm kitabda dərs oxumuşam”.

Orta məktəbi Böyük Dəhnə 1 saylı orta məktəbdə başa vurub. 1992-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində Nəriman Əliyevin sinfində təhsil almağa başlayıb. Onunla eyni sinifdə Xalq artisti Nəzakət Teymurova da oxuyub. Bakıda kirayədə yaşayan Gülyanağın çətin, kasıblıq günləri çox olub. Bəstəkar Şəfiqə Axundovanın Filarmoniyada yubileyində Gülyanaq da səhnədə oxumalı olub. Ancaq onun yaxşı səhnə geyimi olmadığından o, rəfiqəsi Nəzakət Teymurovanın paltarını geyinib səhnəyə çıxmalı olub.

1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr və kino aktyoru” fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən bu günə kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışıb. 1995-1997-ci illərdə İsveçin Malmö şəhərində, “Malmö” festivalında çıxış edib, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Hannover şəhərində EKSPO-2000 sərgisində, 2000-ci ildə Türkiyədə “Boğaziçi” festivalında İstanbul və Ankara şəhərlərində konsertlər verib.

Gülyanaq Türkiyədə konsert verən zaman orada yaşayan bir azərbaycanlı ailə onun konsertində iştirak edib. Daha sonra onlar müğənnini bacısı Gülyazla birgə evlərinə qonaq dəvət ediblər. Qonaqlıqda Gülyanaq gələcək həyat yoldaşı Ziya ilə tanış olub. Onu sənəti ilə birgə qəbul edən bəy düz beş il Gülyanaqdan “hə” cavabı alacağı günü gözləyib. Nəhayət, onlar ailə qurublar. Bu evlilikdən cütlüyün 3 övladı dünyaya gəlib.

Müğənni haqqında son illər yayılan şayiələrdən biri isə onun həyat yoldaşından ayrılması xəbəri olub. Ancaq bu barədə ondan soruşanda, deyib:

“Yanlış xəbərdir. Çox xoşbəxt ailəm, üç gözəl balam var. Allah hər kəsə belə gözəl ailə nəsib etsin. Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür. Hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə, mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam”.

Bir müddət əvvəl müğənni həyat yoldaşının xəstəliyi ilə bağlı açıqlama verərək deyib:

“Həyat yoldaşım xəstə idi. Onun xəstəliyini gizlədirdim. İndi şükür, yaxşıdır. İstər Azərbaycanda, istər Türkiyədəki həkimlər sağ olsunlar. Həkimlər sayəsində indi hər şey yaxşıdır”.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə Xalq artisti adına layiq görülüb.

DAHA ÇOX OXU

export

Bahar Lətifqızı da bədən şəkilləndirmə etdirdi

29/03/2023 13:47
Dünya

Məşhur rəssamlar tablolarında görün hansı qidadan istifadə ediblər

29/03/2023 13:32
1-MANŞET

“Hansı deputat silahla təmin olunmaq istəyirsə …” – Millət vəkillərinin mühafizəsi ilə bağlı AÇIQLAMA

29/03/2023 13:14
export

Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

29/03/2023 12:45
1-MANŞET

Bürclər üçün bu həftənin ÖZƏLLİKLƏRİ – İkitərəfli münasibətlərdə…

29/03/2023 12:30
1-MANŞET

İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

29/03/2023 12:20
SON XƏBƏR

Qayınata gəlinini yataq otağında öldürdü: “Ya boşan, ya da...” - ŞOK TƏFƏRRÜAT

QHT rəhbəri Rasim Məmmədova hökm oxunub

Nurgül Yeşilçay: "Niyə oradasan, şəkil çəkdirmək üçün?" - FOTO

Xəbər lenti

Bahar Lətifqızı da bədən şəkilləndirmə etdirdi

29/03/2023 13:47

Məşhur rəssamlar tablolarında görün hansı qidadan istifadə ediblər

29/03/2023 13:32

“Hansı deputat silahla təmin olunmaq istəyirsə …” – Millət vəkillərinin mühafizəsi ilə bağlı AÇIQLAMA

29/03/2023 13:14

Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

29/03/2023 12:45

Bürclər üçün bu həftənin ÖZƏLLİKLƏRİ – İkitərəfli münasibətlərdə…

29/03/2023 12:30

İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

29/03/2023 12:20

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

29/03/2023 12:17

Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR

29/03/2023 11:43

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” – Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

29/03/2023 11:41

Qardaş qardaşa GÖRÜN NƏ ETDİ – FACİƏVİ SONLUQ

29/03/2023 11:28

Fazil Mustafa ilk ona zəng edib: “Evə daxil ola bilərlər, tez gəl…”

29/03/2023 10:50

Terrorçunun ilk ifadəsi ortaya çıxdı: “Türkiyəyə gəldim, məni burada qarşıladılar”

29/03/2023 10:49

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır”

29/03/2023 10:19

“Deputatı vurmaqla ölkədə sabitliyi pozmaq istəyirlər” – Aqil Abbas

29/03/2023 10:02

Dəhşətli proqnoz:”Fövqəl güc yıxılacaq”

29/03/2023 10:01

Ukraynalı müğənnidən ŞOK AÇIQLAMA:”Cəsədləri donuzlar yeyir”

29/03/2023 09:27

DƏHŞƏT! Epidemiya onlarla insanın ölümünə səbəb oldu

29/03/2023 09:08

Dünya şöhrətli şəxsin sevgilisi Azərbaycan xəritəsini qoluna döydürdü – FOTOFAKT

29/03/2023 08:49

Tanınmış müğənninin son halı heyranlarını ŞOKA SALDI

29/03/2023 08:45

Fazil Mustafadan ilk açıqlama – “Maşından tullandım …”

29/03/2023 08:41

Fazil Mustafanın maşını bu hala düşüb – FOTO

29/03/2023 08:31

Fazil Mustafa belə vurulub – Xalası oğlu açıqladı – VİDEO

29/03/2023 08:17

Azərbaycanda 24 yaşlı gənc dayısı oğlunu bıçaqlayıb

29/03/2023 08:08

Atalığının Nəsibə Zeynalovaya yaşatdığı travma – VİDEO

29/03/2023 06:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.