İtaliyanın cənub sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması faciəyə səbəb olub.
Medianews.az xarici mətbuata istinadla bildirir ki, İtalyan Xilasetmə Qrupu öz Twitter hesabında qeyd edib ki, Cutro qəsəbəsi sahillərində immiqrantları daşıyan qayığın batması nəticəsində 59 nəfər həlak olub.
İtaliya mətbuatında əks olunan xəbərə görə, batan qayıqdakı İraq, Suriya, Əfqan və İranlı mühacirlərin sayı 250 nəfər olub.
İtaliya prezidenti Sercio Mattarella verdiyi açıqlamada qeyri-qanuni miqrantların yaşadıqları fəlakətdən kədərləndiyini bildirib və beynəlxalq ictimaiyyəti miqrant axınının əsas səbəbi olan müharibələr və təqibləri aradan qaldırmaq üçün güclü öhdəlik götürməyə çağırıb.
Mattarella həmçinin Avropa İttifaqını miqrasiya məsələsini idarə etmək üçün məsuliyyət daşımağa səsləyib.
Medianews.az