Rusiyanın Novqorod vilayətində üç pitbull cinsindən olan itlər 9 yaşlı uşağı parçalayaraq öldürüb.
Medianews.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə yerli İstintaq Komitəsi məlumat yayıb.
Belə ki, 9 yaşlı uşaq Parfino kəndində dostununun evinə gedib.
Evdə böyüklər olmadığından balaca ev sahibi dostunu qarşılayıb. Evə gələn qonağa itlər bir anda hucum edib.
Balaca ev sahibi itlərə mane olsa da, buna nail ola bilməyib.
Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
Medianews.az