Mərkəz Kahramanmaraş olan zəlzələdə çoxlu binaların dağıldığı, həyatın dayandığı Hatayın görüntüləri ürəkləri yandırır.
Medianews.az bildirir ki, Türkiyənin böyük ağrı-acısına səbəb olan zəlzələ Hatayda bir daş belə qoymayıb. Köhnə şəhərdən əsər-əlamət yoxdur.
Kahramanmaraşın Pazarcık rayonunda 7.7, Elbistan rayonunda isə 7,6 bal gücündə zəlzələlər Hatayda böyük dağıntılara səbəb olub.
1 milyon 700 min əhalisi olan şəhərdə ən çox zərər Antakyanın mərkəz mahalında meydana gəlib. Şəhərdəki dağıntılar Orontes çayı sahilindəki Atatürk meydanında havadan görünüb. Onlarla ev və iş yerinin dağıntıları üzərində iş davam edir.