Yalova Bələdiyyəsinin təşkil etdiyi yardım kampaniyasına dəstək verən yalovalılar zəlzələdən zərərçəkənlərə çoxlu vəsait bağışlayıb.
Medianews.az xəbər verir ki, Yalova Bələdiyyəsinin zəlzələ bölgəsi üçün təşkil etdiyi yardım kampaniyasında vətəndaşların buraxdığı qeydlər duyğusal olub.
Qeydlər arasında “Şəhidimin geyinə bilmədiyi corablar” yazısı diqqət çəkib.
17 Avqust 1999-cu il Mərmərə zəlzələsindən ən çox zərər görən vilayətlər arasında olan Yalovada, vətəndaşlar o zaman bir ürək olmuşdu.
Kahramanmaraşda zəlzələ bölgəsinə göndərilmək üçün hazırlanan bağlamalardan birindən çıxan qeyd emosional olub. Balaca Sare Farrier tərəfindən yazılmış qeyddə, “Çöldə çox soyuqdur. Qardaşlarım üçün oraya papaq, yorğan göndəririk. Allah köməyiniz olsun” – məktubu hər kəsi duyğulandırdı.
Yalovada zəlzələnin yaşandığı şəhərlərə dəstək çalışmalarını koordinasiya edən Yalova Bələdiyyə sədrinin müavini Mustafa Tutuk deyib:
“Zəlzələdən sonra şəhərimizdən 122 nəfərdən ibarət ilk xilasetmə qrupu texnika və maşınları ilə birlikdə zəlzələ bölgəsinə köçürülüb. Biz 24 il əvvəl bu ağrını yaşayan xalq olaraq qısa zamanda təşkilatlanaraq yardım işlərinə başladıq.
Buradan başda zəlzələ bölgəsində olan vətəndaşlarımız olmaqla bütün ölkəmizə ən xoş arzularımı çatdırır, həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. 7 yaşından 77 yaşa qədər bütün vətəndaşlarımıza, xüsusən də yardım kampaniyamıza dəstək olan və cib pullarını, sevimli paltarlarını, yorğanlarını zəlzələ bölgəsinə göndərən uşaqlarımıza təşəkkür edirəm”.
Medianews.az