Kahramanmaraşda baş verən iki zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olarkən, sosial mediada 2 gündür Boğazda lövbər salan 155 metr uzunluğundakı ABŞ döyüş gəmisinin zəlzələni törədə biləcəyi iddiaları səsləndirilib.
Medianews.az xəbər verir ki, canlı yayımda bu iddialara cavab verən türkiyəli professor Celal Şengör məsələyə aydınlıq gətirib.
“Bundan yaxşı bir cəfəngiyat eşitmədim. O enerjini necə istehsal edəcəksən? Bir gəmi ilə? Yüz minlərlə atom bombası lazımdır”, -deyə türkiyəli professor qeyd edib.
Dünən axşam “Habertürk” ekranlarında məşhur aparıcı Fatih Altaylının təqdimatında yayımlanan “Teke Tek” proqramının qonağı olan Celal Şengör bu cavabı ilə sözügedən iddialara nöqtəni qoyub.
Medianews.az