Dünyanın ən kasıb ölkələrindən biri olan Uqandada şagirdlərin dəbdəbəli avtomobilləri və hətta helikopterləri ilə qatıldığı şənlik qalmaqala səbəb olub.
Medianews.az xəbər verir ki, bu vəziyyət ölkədə yoxsulluqla mübarizə aparanlarla dəbdəbəli həyat yaşayanlar arasındakı fərqi ortaya qoyub.
Elit liseyi bitirən bəzi Uqandalı məzunların məktəb şənliyinə bu cür gəlməsinin görüntüləri sosial mediada da sərt reaksiyalara səbəb olub.
Görüntülərdə tələbələrin əraziyə lüks maşınlarla, hətta helikopterlərlə gəldiyi görülüb. Hər biri sərvət dəyərində olan nəqliyyat vasitələrindən düşən lisey məzunları dəbli geyimləri ilə də diqqət çəkib.
Medianews.az