Ötən gün Pakistanın Pişəvər şəhərində məscidə törədilən terror aktı nəticəsində ölənlərin sayı durmadan artır.
Medianews.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsinə 72 nəfər vəfat edib,150 nəfər isə yaralanıb.
Terror aktının dünən yerli vaxtla saat 13.00-da baş verdiyini bildirən səlahiyyətli nümayəndələr ,terrorçunun məscidin birinci cərgəsində olduğunu və həmin vaxt bombanı işə saldığını açıqlayıb.
Hadisə zamanı vəfat edənlərin xatirəsinə ölkədə matəm günü elan olunub.
Mehin Mehmanqızı
Medianews.az