Burkina-Fasonun şimalında törədilən terror aktı nəticəsində əksəriyyəti hərbçilərdən ibarət 13 nəfər həlak olub.
Medianews.az xəbər verir ki, Burkina Faso Ordusundan verilən yazılı açıqlamada, Sahel bölgəsindəki Falaqountou rayonunda fəaliyyət göstərən jandarm və könüllü milislərə hücum edildiyi bildirilib.
Hücumda 10 jandarm, 2 könüllü milis və 1 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
Hadisə zamanı 5 jandarm və 10 milis əməkdaşının yaralandığı bildirilib.
Qonşu Malinin Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar təşkil edir.
Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.