İrandakı Səfirliyimizə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi evinə gətirilib.
Medianews.az xəbər verir ki, hazırda mərhumun Yeni Yasamaldakı evində vida mərasimi keçirilir.
Orxanın vida mərasiminə Azərbaycan Respublikasının daxili işlər nazirliyi tərəfindən əklil göndərilib.
Şəhidimiz bu gün Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq