İsveçdən sonra bu gün Danimarkada ifrat sağçı irqçi siyasətçi Rasmus Paludanın Qurani-Kərimi yandırmasına Xarici İşlər Nazirliyi sərt reaksiya verib.
Medianews.az bildirir ki, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“İsveçdə müqəddəs kitabımız Qurana qarşı törədilən nifrət cinayətinin bu gün Danimarkanın paytaxtı Kopenhagendə eyni islamofob şarlatan tərəfindən yenidən törədilməsinə icazə verilməsini qəti şəkildə qınayırıq.
İsveç və Hollandiyadan sonra Danimarkada həyata keçirilən bu alçaq hərəkətin bütün xəbərdarlıqlarımıza baxmayaraq qarşısının alınmaması, Avropada azadlıq mühiti deyilən mühitdən sui-istifadə edərək dini dözümsüzlüyün və nifrətin təhlükəli ölçülərini ortaya qoyduğu üçün narahatlıq doğurur.
Avropada milyonlarla insanın həssaslığını incidən bu cür iyrənc hərəkətlərə dözmək dinc yanaşı yaşama praktikasını təhdid edir və Avropanın hər hansı bir yerində hər gün baş verən irqçi, ksenofobiya və anti-islam hücumlarına səbəb olur.
Avropa cəmiyyətinin ayrılmaz hissəsi olan müsəlmanları marginallaşdıran bu hərəkətlər qarşısında cavabsız qalan hökumətlərə məsuliyyətlərini xatırladır və müdafiə etdiklərini iddia etdikləri ümumbəşəri dəyərlərin tapdalanmasına görə onları yan keçməməyə dəvət edirik”.