Türkiyədə 9 milyon lirəyə yaxın pul mənimsədiyi iddiası ilə saxlanılan bankın qadın şöbə müdiri gündəm olub.
Medianews.az xəbər verir ki, polis bölməsindəki əməliyyatlardan sonra ədliyyə binasına sövq edilən A.P.Ü, məhkəmə tərəfindən “mənimsəmə” ittihamı ilə həbs edilib.
Hadisə ilə bağlı Eskişehir Respublika Baş Prokurorluğunun verdiyi yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Prokurorluq tərəfindən Əskişəhərdə özəl bir bankda müdir vəzifəsində çalışan şəxsin vəzifə səlahiyyətlərindən istifadə edərək öz nəzarətinə pul köçürməsi iddiası ilə bağlı başladılan istintaq çərçivəsində 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs saxlanılıb. Qadının ifadəsi alındıqdan sonra mənimsəmədə ittiham edilib. Məhkəməyə aparılan şübhəli haqqında hakimlik tərəfindən həbs qərarı çıxarılıb”.
Medianews.az