Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıda ağır qəza törədən vəzifəli şəxs həbs edildi – Video

TURAN
11/01/2023 10:21
348
BAXIŞ
FacebookTwitterTelegram

Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası törətmiş vəzifəli şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.

Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi “Mazda” markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını vurub. Zərbənin təsirindən yeniyetmə oğlan yolun əks hərəkət zolağına düşüb və “Toyota Prius” markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Yasamal Rayon Məhkəməsi “Toyota Prius”un sürücüsünün baş vermiş hadisədə günahının olmamasını bildirib və ona bəraət verilib.

Mərkəzi Bankın şöbə rəisi Vəli Məmmədov isə məhkəmədə bildirib ki, hadisə zamanı Nurlan Bağışov onun avtomobilinin zərbəsi nəticəsində deyil, digər maşının altında qalması səbəbindən dünyasını dəyişib: “Yol-nəqliyyat hadisəsi zamanı mərhumun ölümünə səbəb olan xəsarət birinci vurulma nəticəsində yaranmayıb. Digər avtomobil də mərhumu vurmasa idi, o yaşayacaqdı. Ona görə özümü Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilirəm və yüngül cəza verilməsini xahiş edirəm. Həmçinin mərhumun ailəsi ilə dəfələrlə barışmağa cəhd etmişəm. Valideynlərindən dəfələrlə üzr istəmişəm, mənim heç kimlə ədavətim yoxdur. Bu, Allahın yazdığı bir qəzadır”.

Mərhum Nurlan Bağışovun ailəsi isə məhkəmədən təqsirləndirilən şəxsi bağışlamadıqlarını və ona cəza verilməsini xahiş etdiklərini bildiriblər. N.Bağışovun atası qeyd edib ki, hadisə baş verən vaxt oğlu ilə birgə Şəfayət Mehdiyev küçəsindəki şirniyyat mağazasına gedirmiş: “Saat 22:30 radələrində oğlumla birgə Yasamal parkından yaşadığım ünvan tərəf gəlirdik. Bu zaman Nurlan mənə yolun əks istiqamətində yerləşən dükandan onun üçün şirniyyat almağımı istədi. Nurlanın əlindən tutub yolu keçməyə başladıq. Yolun hərəkət hissəsinin ortasında yerləşən qoşa xəttə yaxınlaşıb dayandıq, əks istiqamətdən gələn avtomobillərin sürüb keçməsini gözlədik. Bu zaman ani bir anda zərbə səsi eşitdim. Sağ tərəfimə baxan zaman oğlumun yanımda olmadığını gördüm. Nurlanı yerdə asfaltın üzərində uzanılmış vəziyyətdə görüb qışqırmağa başladım. Ətrafda olan tanımadığım insanlar yanıma gəldi, iki xanım köməklik göstərdi. Artıq Nurlanın ağzından qan gəlirdi. Bir avtomobil saxladı, o, həmin avtomobildə qabaq oturacağa oturdum, arxa hissədə bir nəfər əvvəllər tanımadığmı cavan oğlan oturdu, Nurlanı arxaya uzatdıq. İlkin olaraq Gömrük xəstəxanasına getdik. Lakin orada “Covid” xəstəliyi ilə əlaqədar qəbul etmədilər. Bundan sonra yaxınlıqdakı doğum evinə getdik, lakin orada da qəbul etmədilər. Bundan sonra Mərkəzi Klinikaya getdik. Orada xəstənin nəbzini yoxlayaraq hələ yaşadığı üçün qəbul etdilər və təxminən 15-20 dəqiqə sonra mənə oğlumun vəfat etdiyini bildirdilər. Təqsirli şəxslərin qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edirəm”.

Qeyd edək ki, N.Bağışov 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi olub. Hadisədən sonra onun yaxınları hadisənin Vəli Məmmədov tərəfindən yox, onun həyat yoldaşı tərəfindən törədilməsini iddia ediblər. İstintaq zamanı bu iddia təsdiqini tapmayıb. 

DAHA ÇOX OXU

1-MANŞET

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40
Dünya

Pakistan “Vikipediya”nı qadağan etdi

05/02/2023 10:20
Dünya

Çilidə meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə çatıb

05/02/2023 10:00
Dünya

Din xadimlərinə haqsızlığa qarşı səs qaldırmaq tapşırıldı

05/02/2023 09:40
Cəmiyyət

Hər gün bir stəkan içsəniz…

05/02/2023 09:20
Dünya

ABŞ prezidenti Bayden: “Biz bununla məşğul olacağıq”

05/02/2023 08:50
SON XƏBƏR

Şöbə müdirinin evinə xəstə adı ilə giriblər - Qətlin təfərrüatı

Naxçıvanda 212 milyon yeyintidə ittiham edilən məmur vəzifəsini itirdi

Zelenski: "Üçüncü dünya müharibəsi olmayacaq"

Xəbər lenti

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40

Pakistan “Vikipediya”nı qadağan etdi

05/02/2023 10:20

Çilidə meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə çatıb

05/02/2023 10:00

Din xadimlərinə haqsızlığa qarşı səs qaldırmaq tapşırıldı

05/02/2023 09:40

Hər gün bir stəkan içsəniz…

05/02/2023 09:20

Azərbaycan şirkəti İnternet qiymətlərini yenilədi

05/02/2023 09:00

ABŞ prezidenti Bayden: “Biz bununla məşğul olacağıq”

05/02/2023 08:50

“Hamıya fikir versək, çürüyüb ölərik” – Səidə Sultan

05/02/2023 02:58

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Xoşqədəm Mahirə Quliyevanın ölüm xəbərinə efirdə ağladı – VİDEO

04/02/2023 21:04

“Varlığı ilə yoxluğu bilinmir” – Aktyordan Nazirliklə bağlı tənqidi status

04/02/2023 20:55

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.