Yeni saç düzümü çox vaxt böyük dəyişiklik etmək istəyənlərin ilk dayanacağı olur. Bəs bilirdinizmi ki, qadınların saçlarını dəyişmək üçün atdıqları addımlar, əslində görünüşlərində yaratdıqları dəyişikliklər də yaş aralığında böyük dəyişiklik yaradır?
Saç insanın özünü necə gördüyünü və ətrafını necə əks etdirdiyi ən vacib bədən hissələrindən biridir. Necə geyindiyiniz və makiyajınız kimi bu nöqtədə üslubunuzu əks etdirən ən əhəmiyyətli faktor saçınızdır. Stilist Nik Uillis sizi daha gənc göstərəcək rənglər və tonlar haqqında vacib məlumatlar verib.
Willis xəbərdarlıq edir ki, saç rəngi seçmək yalnız rəng deyil, daha geniş diqqət tələb edir. Əks halda olduğunuzdan çox daha yaşlı görünəcəyinizə dair açıqlamalar verən stilist, dəri rənginizə uyğun olmayan saç rəngi seçməyin insanı daha yaşlı göstərdiyini bildirib:
“Yanlış saç rəngi solğun və yorğun görünmənin ən böyük səbəbidir. Yaş irəlilədikcə melanosit kimi tanınan piqmentlərin itirilməsi nəticəsində dəri rəngini dəyişir. Bu vəziyyətdə, yanlış saç tonlarının seçilməsi qocalma əlamətlərini vurğulayan daha solğun bir üsluba səbəb ola bilər.
Dərinizin tonlarına və saç tellərinə uyğun rəng seçmək üçün ilk növbədə mütəxəssislə birlikdə “rəng spektri” üzrə isti və soyuq tonlar arasında seçim etməlisiniz. Willis, qadınların çoxunun saçları ağardığı üçün boyama prosesindən daha sıx istifadə etdiyini, lakin bəzi insanlar üçün ağ saçların daha aydın ifadə verdiyi üçün əslində daha yaxşı qaldığını ifadə etdi. Ancaq insanın dəri rəngindən və saç quruluşundan asılı olaraq əks təsir göstərməsi ehtimalı var”.
Medianews.az