Dünyanın ən gözəl qadını seçilən məşhur xanım idmançı Peyc Spiranakla bağlı yayılan xəbər onun azarkeşlərini kədərləndirib.
Medianews.az xəbər verir ki, məşhur idmançı etdiyi gündəlik nəzarətlər zamanı sinəsində bir şiş aşkarlandığını və bundan sonra sağlamlığına daha çox diqqət yetirməli olduğunu bildirib.
Paylaşımı ilə bütün diqqətləri üzərinə çəkən Peyc Spiranak sosial media hesabından verdiyi xəbərlə milyonlarla pərəstişkarını kədərləndirib.
O, son vaxtlar sosial mediadan qeyri-aktiv istifadə etdiyini deyrib: “Üzr istəyirəm ki, son vaxtlar sizinlə çox görüşə bilmirik. Tətilə gedəndən sonra səhhətimlə məşğul olmaq məcburiyyətində qaldım. Rutin müayinə zamanı sinəmdə şiş aşkarlandı. Ona görə də sosial şəbəkədə çox vaxt keçirə bilmədim”.
Pərəstişkarlarına müraciət edən məşhur idmançı sözlərinə belə davam edib: “İnsanların bağlı qapılar arxasında nələr keçirdiklərini bilmirik. Mən də indi çətin günlər keçirirəm. Dəstəyinizə və xoş arzularınıza görə hamınıza təşəkkür edirəm”.
Digər tərəfdən məşhur idmançının son vəziyyəti növbəti yoxlamalardan sonra dəqiq müəyyənləşəcəyi açıqlanıb.
Medianews.az