Son günlər “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) korrupsiya yoxlamalarına başlanılması ilə bağlı iddialar yayılıb.
Gununsesi.info-nun məlumatına görə, yoxlamalar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi yoxlama qrupu tərəfindən aparılır.
Qafqazinfo.az məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin Mətbuat Xidmətindən müraciətə cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir: “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.