Çin prezidenti Si Cinpin açıqlaması ilə dünyanı qorxuya salıb.
Medianews.az xəbər verir ki, Si Cinpin, “Ordu döyüş qabiliyyətinə diqqət yetirməli və bütün işlərini müharibə hazırlığı istiqamətində aparmalıdır”, -deyə bildirib.
Çin Xalq Azadlıq Ordusunun (CHKO) komanda qərargahı olan Mərkəzi Hərbi Komissiyanın (MAK) müştərək əməliyyat mərkəzini ziyarət edən Si Cinpin dünyaya mühüm mesajlar verib.
Çin ordusunun yeni dövrdə çətin və ağır bir vəzifə ilə üz-üzə qaldığını vurğulayan Si Cinpin, “Çin ordusu milli suverenliyi, təhlükəsizlik və inkişaf maraqlarını qətiyyətlə qorumalı, partiya və xalqın ifadə etdiyi vəzifələri yerinə yetirməlidir”,-deyə qeyd edib.
Hərbi kamuflyajı ilə də diqqət çəkən Si Cinpin Çin ordusunun 2027-ci ilə kimi dünyanın ən yüksək keyfiyyətlərə malik olan ordusuna çevriləcəyinə işarə edib.
Medianews.az