İstanbulda yol verməklə üstündə mübahisə edən şəxslər avtomobilləri yolun ortasında qoyaraq parkda dava etməyə başlayıblar.
Medianews.az xəbər verir ki, əlindəki tapança ilə onunla dava etmək istəyən şəxslərə hücum edən kişi ehtiyatsızlıqdan yanındakı 1 nəfəri öldürüb, 1 nəfəri isə ağır yaralayıb.
Daha sonra davada iştirak bütün şəxslər hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra ağır yaralanan Fatih Sarıtaş və Enes D. xəstəxanaya aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq Fatih Sarıtaşı xilas etmək mümkün olmayıb. Enes D.-nin isə səhhətinin ağır olduğu bildirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 5 nəfər tutulub.
Medianews.az