“ABŞ Bakı ilə İrəvan arasında danışıqlara dəstək verəcək”.
Medianews.az xəbər verir ki, Bu fikirləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına və danışıqlara sadiqdir: “İnanırıq ki, birbaşa dialoq problemlərin həlli və hər iki ölkənin davamlı sülhə nail olması üçün bir açardır. Beləliklə, biz növbəti aylar ərzində Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində danışıqlara töhfə vermək üçün mövcud əlaqələri davam etdirəcəyik. Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması üçün ən faydalı nəyi hesab ediriksə, onu da edəcəyik”.
Zəfər