Krım körpüsündə partlayan yük maşınının sahibi danışdı – VİDEO

Krım körpüsündə partlayan yük maşınının sahibi Samir Yusubov hadisədə iştirakının olmadığını bildirib.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, onun videomüraciəti sosial şəbəkələrdə yayılıb.

“Mənim, 1996-cı il təvəllüdlü Yusubov Samir Seymur oğlunun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur”, – deyə o bildirib.

Yusubov təsdiqləyib ki, yük maşını onun adına rəsmiləşdirilib, dayısı isə həmin maşında yük daşıyıb.

Hazırda Yusubovun yaxınları axtarılır, özü isə xaricdədir.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

DAHA ÇOX OXU

SON XƏBƏR