Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən RİH-in şöbə müdiri – baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.
Qeyd edək ki, Lənkəran RİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.