“Rusiya ordusunun 55110 hərbçisi məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiyanın digər döyüş itkiləri 2 227 tank, 4 748 zirehli döyüş maşını, 1 340 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 217 helikopter, 932 PUA, 239 qanadlı raket, 15 gəmi, 3 610 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir” – deyə məlumatda qeyd edilib.