Cümə, 3 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bitməyən erməni təxribatları: Tarix yenidən təkrarlanır?

XƏYALƏ
14/09/2022 17:01
541
BAXIŞ
FacebookTwitterTelegram

Ermənistan silahlı qüvvələri sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı və davamlı təxribat törətməsi dünya ictimaiyyətinin nəzər və diqqətini yenidən daha həssas şəkildə Qafqaza yönəldib. Bu təxribatlar nə zamana kimi davam edəcək? Tarix yenidənmi təkrarlanır?


Mövzuyla bağlı millət vəkili Ceyhun Məmmədov Medianews.az-a Ermənistan tərəfindən Azərbaycana qarşı çox sərt şəkildə təxribatlar aparıldığını bildirdi. Qeyd etdi ki, Azərbaycan haqqında bir düşmən obrazı yaradılıb və məhz ona görə də uzun illər bu əhval-ruhiyyə belə davam edəcək:

“Təəssüf ki, tarix yenə təkrarlanır. Ermənistan dövləti artıq bir neçə dəfədir ki, Azərbaycan xalqına qarşı belə bir vəhşilik törədir. Ötən əsrin əvvəllərinə baxanda, 1905-ci ildən indiki dövrə, 50- ci illərin əvvəlləri və 1992-ci illərə baxdıqda erməni xalqının Azərbaycana olan münasibətinin dəyişmədiyini görürük. Bu təxribatların davamlı olduğu açıq-aydın görünür. Bunlara baxmayaraq, biz tarixdən bir nəticə çıxarmalıyıq, illər öncə sovet hakimiyyəti icazə vermirdi ki, biz prosesləri dərindən öyrənək, buna uyğun nəticələr çıxaraq, öz xalqımızın taleyi haqqında tədbirlər görək. İndi isə hadisələri dərindən öyrənməli, ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdikləri müsibətləri unutmamalıyıq! Eyni zamanda, gələcəyə də baxmalı və bu müsibətləri, faciələri unutmamalıyıq. Dövlətçiliyimizi, müstəqilliyimizi daha da gücləndirməliyik, bunun üçün davamlı addımlar atmalıyıq”.

Deputat qeyd etdi ki, Ermənistanın Azərbaycanla bağlı siyasətdə məqsədlərinə nail olmasının bir neçə səbəbi var:
“İllər öncə Azərbaycanda baş verən siyasi dağınıqlıq, sovetlər birliyinin, birlik və həmrəyliyin olmaması olub. Xarici faktorların, xarici dövlətlərin Ermənistanı dəstəkləməsi rol oynayıb.
Biz müstəqilliyimizi ordumuzu gücləndirməli, birliyimizi, həmrəliyimizi qorumalıyıq. Eyni zamanda da erməni təxribatlarına hazır olmalıyıq. Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistanın bu acı məğlubiyyətindən dolayı mövqeyinin dəyişəcəyini gözləyirdik, amma təəssüf ki, biz bunu görmədik və bu, tez bir zamanda baş verməyəcək. Ona görə də daha diqqətli olmalı, müxtəlif təxribatlara hazır olmalıyıq.
Burada, eyni zamanda, Azərbaycan diasporasının və xaricdə yaşayan azərbaycanlıların üzərinə çox böyük bir vəzifə düşür. Onlar Arərbaycanın mövqeyini xaricdə müdafiə etməlidirlər. Bu gün Ermənistan xaricdə çox ciddi təbliğatlar aparır. O təbliğatın qarşısını almaq üçün diplomatik müstəvidə çox ciddi işlər görülməlidir. Bunun üçün dünyada fəaliyyət göstərən səfirliklərimiz, siyasi xadimlərimiz gecə-gündüz calışmalı və Azərbaycanın mövqeyini müdafiə etməlidirlər”.

Türkiyəli hərbi ekspert Abdulla Ağar bizimlə sğhbətində Azərbaycan-Ermənistan sərhədində baş verən pozuntuların pərdəarxasını şərh etdi. Bildirdi ki, Azərbaycan Ordusu 44 günlük müharibədə Ermənistan Ordusunun belini qırsa da, Ermənistan Ordusunun ambisiya və ümidləri hələ də davam edir: “Cənubi Qafqaz növbəti dəfə ağır toqquşmaya girdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə 2914 şəhid verib, 11 min igid yaralanıb. Yəni hər gün orta hesabla 50 şəhid verərək müharibəni qazanmışdı. Bu, ağır rəqəmdir. Baş verən son toqquşmalarda acı bir təsadüflə yenə 50 şəhid verdik.
2020-ci il noyabrın 10-da Rusiyanın müdaxiləsi ilə atəşkəs sazişi imzalandı, halbuki, indi problemlərin sülh və danışıqlar yolu ilə həll olunacağına ümid edilir. Müharibədə uduzan Ermənistan isə inkişaf edən vəziyyətlə, himayəçilərinin yaratdığı ümidlə, çarəsizliyin yaratdığı hiylə ilə yeni axtarışlara, hiylələrə əl atdı.
Sanki Ermənistan ordusu və dövləti psixoloji xəstəlikdən əziyyət çəkir. Çünki mən hər saniyə partlayan bu atəşkəs pozuntularının, toqquşmaların səbəblərini tapmağa çalışıram. Ermənistan tərəfi həqiqətən dəlidir. Müharibədə uduzmaq onların başlarını itirməsinə səbəb olub. Onlar aydın, yaxşı düşünə bilmirlər. Həqiqətən də 44 günlük müharibədən sonra yaşanmalı olan bir gərginlik var, amma onların döyüşmək, xüsusən də qəfil hücuma keçmək və yenidən mübarizəyə qoşulmaq üçün mənalı və məhsuldar bir səbəbi yoxdur. Bizdə də belə bir məsəl var: “Məğlub dəvə güləşdən doymaz”… Ola bilsin ki, ermənilər qəzəb, nifrət və ümidsizlikdən kor olublar və düzgün qərar verə bilmirlər”.
Türk hərbi ekpsert onu da əlavə etdi ki, regiona müdaxilə edən ölkələr keçmişdə olduğu kimi problemin davam etməsini, daimi sabitliyin təmin edilməməsini istəyirlər: “Ukrayna müharibəsi, Qafqaz geosiyasəti və Azərbaycanın enerji asılılığı vasitəsilə Aİ-nin enerji geosiyasəti ilə bağlı yeni tənliklər Ermənistanın əsas ölkə kimi istifadəsinə, Azərbaycana qarşı təzyiqə və sabitliyi pozan amildir. Təbii ki, cənubda Azərbaycanı çox diqqətlə izləyən və inkişaf edən vəziyyəti heç sevməyən İran var. Azərbaycan tərəfi münaqişəni başladan tərəf olmasa da, münaqişəni davam etdirmək və inkişaf etdirmək üçün onun çoxsaylı səbəbləri var. Əvvəla, ermənilərin hərisliyi səngiməyib. Onlar işğaldan sağ çıxsalar da, çox ağır bir bədəl ödəyərək, layiq olduqları qazancı əldə etmək niyyətindədirlər”.

 

Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı Svyatoslav Yuraş  Azərbaycanın suverenliyinin təmin edilməsini vacib hesab edir:

“Azərbaycan ərazi bütövlüyünə qarşı təhdidlərə layiqli cavab verməkdədir. Rəsmi Kiyev ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini dəstəkləyir. Azərbaycan gələcəyinin necə olacağını məhz özü müəyyən etməlidir. Odur ki, biz sərhədlərin dəyişdirilməsini qəbul etmirik, çünki bunun öz ölkəmizdə nə ilə nəticələndiyini görürük”.

 

Ayşən Azadova
Medianews.az

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.

DAHA ÇOX OXU

Flash

Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb

03/02/2023 04:41
1-MANŞET

Uşaqlara palçıqla oynamaq niyə faydalıdır?

02/02/2023 22:17
1-MANŞET

“NKVD”-nin erməni cəlladlarının Sultan bəyə zülmü: bəraət və yeni sənədlər

02/02/2023 21:51
1-MANŞET

Mütəxəssisdən xəbərdarlıq: “Bu qidalara diqqət yetirin!”

02/02/2023 21:21
export

“Rusiya qələbəsinə arxayındır” -Putindən AÇIQLAMA

02/02/2023 20:47
1-MANŞET

10 milyon insanın ölümünə səbəb olan xəstəlikdən qorunmanın yolları

02/02/2023 19:00
SON XƏBƏR

Müdafiə Nazirliyi məlumat yaydı

Paşinyan 105 erməni hərbçinin öldüyünü etiraf edib

Azərbaycanda “TikTok” müvəqqəti bağlandı - Rəsmi

Xəbər lenti

Türkiyəli aparıcı da saxlanıldı

03/02/2023 07:07

İran dövlət televiziyası: “Zəlzələdən zərər çəkənlər dövlətdən kömək gözləməməlidirlər” – VİDEO

03/02/2023 06:47

Naxçıvanda müəllimlərlə direktor arasında qalmaqal: Nazirlik məsələyə qarışdı – VİDEO

03/02/2023 06:20

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? – VİDEO

03/02/2023 06:03

İbrahim Kalın: “ABŞ Türkiyəyə F-16 satmaqdan imtina edərsə, uduzan tərəf olacaq”

03/02/2023 05:42

Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb

03/02/2023 04:41

Uşaqlara palçıqla oynamaq niyə faydalıdır?

02/02/2023 22:17

“NKVD”-nin erməni cəlladlarının Sultan bəyə zülmü: bəraət və yeni sənədlər

02/02/2023 21:51

Mütəxəssisdən xəbərdarlıq: “Bu qidalara diqqət yetirin!”

02/02/2023 21:21

“Rusiya qələbəsinə arxayındır” -Putindən AÇIQLAMA

02/02/2023 20:47

Bakıda avtoritetə qarşı xüsusi əməliyyat keçirilib – VİDEO

02/02/2023 20:19

“Arvadım mənim yerimə “söhbətə getmək” istədi” – VİDEO

02/02/2023 20:17

İdman TV məşhur çempionatın oyunlarını yenidən yayımlayacaq

02/02/2023 20:14

SEPAH dul qadınlardan beynəlxalq narkotik ticarətində istifadə edir – VİDEO

02/02/2023 20:11

77 yaşlı Adəm baba: “Buz yağsa belə, üzərəm”

02/02/2023 20:09

Bərdədə ağır qəza – 3 nəfər öldü

02/02/2023 19:27

Suyun mövcudluğu 10 ildə 70 milyard kubmetr azalıb: Çox ciddi “quraqlıq” riski

02/02/2023 19:26

“Avroviziya 2023”də Azərbaycanı təmsil edəcək beş namizəd ifaçı AÇIQLANDI

02/02/2023 19:03

10 milyon insanın ölümünə səbəb olan xəstəlikdən qorunmanın yolları

02/02/2023 19:00

Rusiyada parlaq narıncı neft yatağı kəşf edilib

02/02/2023 18:33

Ukraynada daha bir azərbaycanlı həlak oldu – FOTO

02/02/2023 18:27

“Naxçıvan” Universitetinə təyin olunan yeni rektor kimdir? – FOTO

02/02/2023 18:03

“Gələcək bizim əlimizdədir” – Gənclər Günü ilə bağlı MARAQLI FİKİRLƏR

02/02/2023 17:58

Azyaşlı faciəvi şəkildə dünyasını dəyişdi – DƏHŞƏTLİ HADİSƏ

02/02/2023 17:49

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.