Medianews.az xarici mediaya istinadən xəbər verir ki, NASA illər sonra “Orion” kapsulu sınaq uçuşu üçün kosmosa buraxılacaq. Kapsulun bu gün CEST 15.30 radələrində buraxılması planlaşdırılır.
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) keçmişdə Ay uçuşları ilə əldə etdiyi şöhrəti yeni nəsil meqa raketi ilə yenidən qazanmağa hazırlaşır.
NBC News-un məlumatına görə, NASA gələn bazar ertəsi Floridada sınaq uçuşu üçün kosmosa yeni nəsil meqa-raket kosmos buraxılış sistemini (SLS) və raketi daşımaq üçün nəzərdə tutulmuş Orion kapsulunu buraxacaq.
Kapsul və raket kombinasiyası SLS-Orion kosmik gəmisinin Ay ətrafında 6 həftəlik Artemis 1 sınaq uçuşundan sonra Yerə qayıdaraq, Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılır.
NASA Artemis proqramı ilə 1960-1970-ci illərdə həyata keçirdiyi Apollon Layihəsi ilə əldə etdiyi uğuru bir daha əldə etməyi hədəfləyir.
Uçuş, dünyanın ən mürəkkəb və güclü raket gəmisi olduğu düşünülən SLS-Orion kosmik gəmisinin astronavtları daşımağa hazır olub-olmadığını yoxlamaq məqsədi daşıyır.
Bildirilir ki, SLS-Orion kosmik gəmisinin layihələndirilməsi, tikintisi, sınaq və yerüstü qurğuları NASA-ya indiyədək ən azı 37 milyard dollara başa gəlib.
Yunan mifologiyasında Apollonun əkiz bacısı Artemidanın adını daşıyan NASA, insanları göndərməyə yönəlmiş daha iddialı kosmos səyahətlərinə tramplin rolunu oynayaraq, ən qısa müddətdə 2025-ci ildə Aya astronavtları geri göndərməyi, uzunmüddətli Ay koloniyası qurmağı hədəfləyir.
Ayşən Azadova
Medianews.az