İstanbul Taksim meydanında paltarını soyunaraq suriyalı qruplaşmanın içinə girən Türkiyə vətəndaşı “Bura Türkiyədir, dağılın” deyə qışqırıb.
Medianews.az xəbər verir ki, sözügedən şəxsin bu davranışı gündəm olub.
Son zamanlar mühacirlərin sıx məkanına çevrilən Taksimdə lentə alınan video qısa zamanda sosial mediada geniş müakirələrə yol açıb. Onun bu hərəkəti izləyiciləri iki yerə bölüb. Bir çoxları onun bu hərəkətini dəstəkləsə də, doğru etmədiyini bildirənlər də olub.
Sözügedən görüntüləri təqdim edirik:
Medianews.az