İraqın Diyalə vilayətinin şimal-şərqində yerləşən Türkmənlərin Karatəpə qəsəbəsinin Meşkul kəndindəki hərbi məntəqəyə İŞİD terror təşkilatı tərəfindən silahlı basqın edilib.
Medianews.az xəbər verir ki, hcumda 1 əsgərin şəhid olduğu, 1 əsgərin yaralandığı bildirilib. Terrorçular hadisə yerinə göndərilən əlavə qüvvələri pusquya salıblar. Yüngül silahların istifadə edildiyi hücumda 3 əsgərin şəhid olduğu, 3 əsgərin yaralandığı qeyd edilib.
Məlumata görə, hücumdan sonra itən təşkilat üzvlərinin tapılması üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb.
Leyla, Medianews.az