Avqustun 1-də Azərbaycan dili və Əlifbası günü münasibəti ilə Ramana qəsəbəsində Şəhid və Qazi ailələrinin övladları üçün xeyriyyə tədbiri təşkil olundu. İnfoturun direktoru Leyla Mirzoyeva, Ramana Village rəhbəri Mirvüqar Nəsirov idi.
Öncə abadlaşmış, çiçəklənən qəsəbədə qədim Qala ətrafında uşaqlara gəzinti təşkil edilib. Daha sonra “Teatral studiya”-nın gənc və peşəkar aktyorları tərəfindən oynanılan “Mənim sevimli nağılım” adlı tamaşa nümayiş olunub.
Qeyd edək ki, “Teatral studiya” artıq 1 ildir fəaliyyətdədir. Xeyriyyə məqsədi ilə təşkil olunan 4-cü tamaşanın nümayişi edildi. Tamaşanın müəllifi Mirzəağa Mirzəyev, rejissoru Səbinə Məmmədzadə idi.
Əsas qəhrəmanları studiyanın uşaqları -Safiya Namaz, Mirhüseyn Yaqubzadə, Səbinə Quliyeva, Nihat Şeyxzadə, Vaqif Cəfərzadə, Fəridə Heydərova, Zeynəb Alcanova idi.