Yunanıstan yanğınsöndürmə idarəsindən verilən açıqlamada, 22-23 iyul tarixləri arasında 53 meşə yanğını aşkar edildiyi bildirilib.
Medianews.az xəbər verir ki, Ədirnə sərhədinə yaxın olan Sofulu və Lira qəsəbələri arasındakı ərazidə baş verən yanğına 320 yanğınsöndürən və 68 yanğınsöndürən maşını müdaxilə edir.
Məlumata görə, Lesbosda yanğına 81 yanğınsöndürən və 20 texnika, Messiniyada isə 84 yanğınsöndürən və 20 texnika müdaxilə edib.
Leyla, Medianews.az