İki həftə əvvəl Oğuzhan Koçla nişanlanan və hazırda Çeşmədə tətildə olan türk aktirisa Demet Özdemirin korono testi müsbət çıxıb.
Medianews.az xəbər verir ki, aktrisa Instagram hesabından səhhəti ilə bağlı məlumat verib və bildirib ki, 3 ildə ilk dəfədir ki, koronavirusa yoluxur.
“İlk növbədə qeyd etmək istərdim ki, bir az ağrıyıram və virusu ağır keçirdirəm. Amma müalicəm davam edir, Tez bir zamanda sağalıb, geri dönəcəm. Özünüzə diqqət edin. Mənimlə maraqlanan, zəng edib soruşan hər kəsə təşəkkür edirəm. Mən səni sevirəm”,-deyə aktrisa paylaşımda bildirib.
Leyla, Medianews.az