Çərşənbə axşamı, 5 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ukrayna savaşının nə vaxt və necə sona çatacağı elan edildi: Dünya üçün ən qorxunc ssenari reallaşır

TURAN
20/06/2022 14:49
A A
56
BAXIŞ
FacebookTwitterTelegram

NATO-nun Rusiyanı düşmən elan etməyə hazırlaşması ABŞ və Qərbin strateji planlarının dəyişdiyini, daha təhlükəli hədəflərə indeksləşdiyini göstərir… Ukrayna savaşının hansısa mərhələsində NATO-nun Rusiya ilə hərbi münaqişəyə girə biləcəyi də artıq qətiyyən istisna deyil…

Ukrayna savaşı bütün dünyanı öz təsiri altına almaqda davam edir. Ancaq təəssüf ki, savaşın təsirləri gözlənildiyi kimi, yalnız neqativ xarakter daşıyır. Və yaxın gələcəkdə vəziyyətin daha da ağırlaşacağı proqnozlaşdırılır.

Məsələ ondadır ki, hazırda Ukrayna savaşı ucbatından dünya iqtisadiyyatı ağır zərbələr almaqdadır. Qərb iqtisadçıları bu zərbələrin nəticələrini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına illərlə zaman lazım olacağını iddia edirlər. Çünki hazırda enerji, maliyyə-iqtisadi sosial-iqtisadi böhran dərinləşmə mərhələsindədir.

Digər tərəfdən, BMT-dən verilən açıqlamalar da xoşagəlməz məzmun daşıyır. Belə ki, bu nüfuzlu beynəlxalq qurum bütün dünya üçün ərzaq böhranı, aclıq və səfalət proqnozlaşdırır. BMT-nin təmsilçiləri hesab edirlər ki, dünya ölkələri yaxınlaşan qlobal fəlakətə hazır olmalıdırlar və onun qarşısını vaxtında almaq üçün təxirəsalınmaz addımlar atmalıdırlar. İlk addım isə Ukrayna savaşının dərhal dayandırılması, dünya bazarlarına taxıl məhsullarının çıxarılmasını təmin etmək olmalıdır.

30159778-cc9d-4dbf-ac41-d1ed809c3e1f.jpg (233 KB)

Ancaq BMT-nin bu xəbərdarlığı və çağırışçıları yaxınlaşan fəlakətin qarşısını almaq üçün yetərli olmaya da bilər. Çünki, Ukrayna savaşının nə vaxt sona çatacağı ilə bağlı hətta təxmini təsəvvürlər belə, mövcud deyil. Düzdür, Qərb siyasi dairələri savaşın bu ilin sonuna doğru yekunlaşacağını iddia edirlər. Halbuki, mövcud vəziyyət bu iddialara inanmaq şansı tanımır.

Üstəlik, NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlaması olduqca pessimist məzmun daşıyır. Dünyada cərəyan edən proseslər barədə kifayət qədər dəqiq məlumatlara malik olduğu qətiyyən şübhə doğurmayan NATO baş katibi bəyan edib ki, Ukrayna münaqişənin nizamlanmasına illərlə vaxt sərf etmək lazım gələ bilər. Və onun bu ehtimalı dünyanın digər nüfuzlu siyasi liderləri tərəfindən də dəstəklənir.

Ukrayna savaşının Rusiyanın maraqlarına uyğun şəkildə sona çatdırılmasına cəhd göstərən Almaniya, Fransa və İtaliya liderlərinin ardından dərhal Kiyevə səfər etmiş Böyük Britaniya baş naziri Boris Conson da savaşın tezliklə sona çatacağına hələ də ümid bəsləyənləri məyus edib. Onun dediyinə görə, Ukrayna münaqişəsi illərlə uzana bilər. Ancaq buna baxmayaraq, B.Conson hesab edir ki, Qərb ölkələri qətiyyətli olmalı və Ukraynaya dəstəyi intensiv şəkildə davam etdirməlidirlər: “Qərb dövlətləri uzunmüddətli müharibəyə hazır olmalıdırlar. Belə şəraitdə fəaliyyət göstərməyi öyrənməlidirlər”.

Böyük Britaniya baş nazirinin fikrincə, NATO üzrə bütün müttəfiqlər Ukraynanın strateji müqavimət imkanlarının gücləndirilməsi ilə bağlı gözləntilərə bir sıra təminatlar üzərindən cavab verməlidirlər. Çünki, Ukraynanın üzləşdiyi situasiyaya əvvəlcə davam gətirməsi, daha sonra isə zamanla qalib gəlməsi olduqca vacibdir. Və bu, Qərb ölkələrinin maraqları baxımından da strateji xarakter daşıyır.

Böyük ehtimalla NATO-nun Madrid sammitində bütün bu məsələlər xüsusi müzakirə mövzuları sırasında yer alacaq. Hər halda, NATO baş katibi Yens Stoltenberqin fikrincə, Rusiya hazırda dünyada təhlükəsizliyə, sülhə və sabitliyə ən ciddi təhdid törədən dövlətə çevrilib: “Dünya dəyişdikcə, NATO da dəyişmək məcburiyyətindədir. İndi dünya daha təhlükəli vəziyyətə gəlib. Biz Rusiyanın artıq tərəfdaş deyil, dünyada təhlükəsizliyə, sülhə və sabitliyə qarşı real təhdid olduğunu bəyan edəcəyik”.

Belə anlaşılır ki, ABŞ-dan sonra Ağ Evin patronajlığı altında olan NATO da Rusiyanı özünə əsas düşmən elan etməyə hazırlaşır. Ancaq NATO-nun beynəlxalq düşmənləri sırasında Rusiyanın təkbaşına qalacağı da inandırıcı deyil. Çünki, NATO baş katibi ikinci düşmənlə bağlı da xəbərdarlıq edib, konkret ünvanı göstərib. Yens Stoltenberq NATO-nun yeni strategiyasında ilk dəfə Çindən də bəhs olunacağını vurğulayıb: “Çünki, Çinin aqressiv yüksəlişi də bizim maraqlarımıza, dəyərlərimizə və təhlükəsizliyimizə təhdid törədir”.

Anlaşılan odur ki, mövcud savaş yalnız Ukrayna ilə Rusiya arasında deyil. Bu savaşın daha dərin səbəbləri və kökləri var. NATO da bu savaşın birbaşa iştirakçısına çevrilmək üzrədir. Və bütün əlamətlər savaşın əhatə dairəsinin genişlənmə ehtimalının reallığa çevrilə biləcəyini göstərir.

574ef961d414b2e012493918e2410464.jpg (230 KB)

Məsələ ondadır ki, Ukrayna savaşının ilk günlərində ABŞ və NATO Ukrayna savaşına heç bir şəkildə müdaxilə etməyəcəklərini, rəsmi Kiyevə yalnız mənəvi-siyasi dəstək verəcəklərini vurğulayırdılar. Ancaq bir müddət sonra həm ABŞ, həm də NATO Ukraynaya silah-sursat və hərbi texnika təminatını tamamilə öz üzərinə götürdü. Nəticədə ABŞ və NATO canlı qüvvə ilə iştirak etməsə də, Ukrayna savaşında öz hərbi texnikasıyla təmsil olunmağa başladı.

İndi isə NATO Rusiyanı və Çini özünə əsas beynəlxalq düşmən elan etməyə hazırlaşır. Şübhəsiz ki, Rusiyanın birbaşa düşmən elan edilməsi vəziyyəti ciddi şəkildə dəyişə bilər. Hər halda, əgər, düşmən varsa, deməli, nə vaxtsa, onunla birbaşa savaşa girmək ehtimalı da mövcuddur. Bu isə o deməkdir ki, ABŞ-dan sonra NATO-nun da strateji hədəfləri, planları yaxın gələcəkdə dəyişə bilər. Və bu baxımdan, Ukrayna savaşının hansısa mərhələsində NATO-nun Rusiya ilə hərbi münaqişəyə girə biləcəyi də artıq qətiyyən istisna deyil.

Təbii ki, bu, bütün dünya üçün hadisələrin ən arzuolunmaz ssenari üzrə inkişaf edə biləcəyini də göstərir. Yəni, hazırda NATO və Rusiya arasında hərbi toqquşma dünyanı gözləyə biləcək ən qorxunc ehtimalların sırasına daxildir. Və bu ehtimalın reallaşmasına doğru ilkin addımların atılmaqda olduğu da açıq-aşkar nəzərə çarpır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Analiz

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

03/07/2022
Analiz

ABŞ geri çəkildi, Türkiyəyə güzəştə getdi: Kreml-Ankara qarşıdurması yaranır

02/07/2022
Analiz

Rusiyaya qarşı yeni “defolt planı” işə salındı: Ukrayna savaşının taleyini G7 həll edəcək

26/06/2022
Analiz

Ukrayna savaşı qlobal müharibəyə çevrilir: NATO Rusiya ilə silahlı toqquşma planları qurur

22/06/2022
1-MANŞET

“Rus baharı” Kremli MDB məkanından çıxarır: Rusiya “xaos diktaturası”na yaxınlaşır

20/06/2022
Analiz

Makronun ritorikasındakı dəyişikliyin səbəbi nədir? – TƏHLİL

16/06/2022
SON XƏBƏR

“Bu il kənd təsərrüfatında məhsul az, qiymət bahadır”-Ekspertdən açıqlama

Elçin Babayevin yeri yaxın vaxtlarda ya “Bandotdel”, ya da “DTX” olacaq” – SƏRT MÖVQE

Bakıda körpəsi yeddinci mərtəbədən yıxılan hamilə qadın özünü onun ardınca atdı

Xəbər lenti

Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır – MN

2022/07/05 13:29

Maraqlı iddia – “Covid-19” ABŞ-dakı laboratoriyadan sızıb?

2022/07/05 13:14

Ronaldo İspaniyaya qayıdır – Özü də bu kluba

2022/07/05 13:00

“Instagram”dan yenilik

2022/07/05 12:20

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb

2022/07/05 12:14

Aqşin Fateh botoks iddialarına cavab verdi – VİDEO

2022/07/05 12:07

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

2022/07/05 12:03

İstidə təzyiqi tarazlaşdırmağın yolları

2022/07/05 11:44

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

2022/07/05 11:30

Roza Zərgərli: “Hələ cavanam, elçilərim çoxdur” – VİDEO

2022/07/05 11:22

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

2022/07/05 11:11

Agentlikdə Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirilib

2022/07/05 11:07

NATO-dan İsveç və Finlandiya açıqlaması

2022/07/05 10:45

Qəbələ Uşaq Reabilitasiya mərkəzində bir gün

2022/07/05 10:41

Bu ölkədə fövqəladə vəziyyət elan edildi, sudan istifadəyə məhdudiyyət qoyuldu

2022/07/05 10:37

Meymun çiçəyi epidemiyası xəbərdarlığı

2022/07/05 10:21

Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı – Video

2022/07/05 09:57

Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən…”

2022/07/05 09:53

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

2022/07/05 09:42

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər, ölüm anında ağlaya-ağlaya etiraf etdi – Habil Əliyevdən 10 qeyri-adi fakt

2022/07/05 09:31

Səfir: “Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib”

2022/07/05 09:27

“Al bu 50 mini, 1 ay ərzində mənim 150 minimi yığ, ver” – Aparıcıdan ŞOK AÇIQLAMA

2022/07/05 09:20

Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu

2022/07/05 09:08

Türkiyə saxlanılan Rusiya gəmisindəki taxılın mənşəyi ilə bağlı araşdırmaya başlayıb

2022/07/05 08:08

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.