Məşhur model Kerol Maltesi keçmiş sevgilisi tərəfindən vəhşicəsinə öldürülüb.
Medianews.az xəbər verir ki, qatil gənc qadının tanınmaması üçün onun üzünü yandırıb və bədənini parçalara ayırıb.
Kerolun cəsədinin hissələrini martın 19-dək soyuducuda saxlanıldıqdan sonra polis tərəfindən yol kənarındakı bir neçə zibil torbasında tapılıb. Polis hadisənin görüntülərini yayımladıqdan sonra fenomenin pərəstişkarları Maltesini döymələrindən tanıyıblar. Araşdırmalar dərinləşdirildikdən sonra Borno bölgəsindəki təhlükəsizlik kameraları analiz edilib. Ərazidə Maltesinin keçmiş sevgilisi və qonşusu olan bloger Davide Fontananın avtomobili şübhəli şəkildə görüntülənib.
Saxlanılan şəxs polisə verdiyi ifadədə Fontana Maltesi ilə cinsi əlaqədə olduqdan sonra yaranan mübahisə zamanı onu çəkiclə öldürdüyünü etiraf edib. Meyitin kimliyi müəyyən edilməsin deyə, üzünü yandırıb parçalara ayırdığını deyən Fontana yaxalanmamaq üçün Maltesinin telefonunu bir müddət ələ keçirərək sosial şəbəkədəki paylaşımlarını onun adından davam etdirib.
Fontana Maltesinin anasına çox məşğul olduğunu və ona zəng edə bilməyəcəyini yazıb, bunun səbəbini sonra izah edəcəyini bildirən mesajlar göndərib. Hətta polis görüntüləri yayımladıqdan sonra o, Maltesinin narahat olan pərəstişkarlarını fikrindən daşındırmaq üçün sosial şəbəkələrdə paylaşım edərək “Bəli, döymələr mənimkilərə bənzəyir, amma yaxşıyam”, deyə yazıb.
Turan Oruc
Medianews.az