Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın başlatdığı müharibənin sona çatması ilə bağlı iki ssenari proqnozlaşdırıb.
O, bildirib ki, istənilən müharibənin iki finalı var. Birincisi tərəflərdən birinin qeyd-şərtsiz total məğlubiyyətidir. İkincisi razılaşma, hər iki tərəf üçün məqbul sayılan həll yollarının axtarılması və müəyyən edilməsidir.
O, hər şeyə baxmayaraq, ikinci variantın daha real olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukrayna diplomatiyası bu razılaşmanın Kiyev üçün maksimal dərəcədə əlverişli olması üzərində çalışır.