Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar paylaşım edib.
Medianews.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin”.
Medianews.az