Basketbol üzrə yığma komandamızın, Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.
Millimiz yoxlama oyununda, Türkiyə təmsilçisi “Karşıyaka BLD” ilə qarşılaşıb. Yığmamız rəqibinə 75-70 hesabı ilə qalib gəlməyi bacarıb.
Görüşün ən məhsuldar basketbolçusu, 34 xalla millimizin üzvü Amil Həmzəyəv olub.