“Sədərək” Ticarət Mərkəzində kafelərin birində qəssab tərəfindən ayağı kəsilən pişik müayinə olunub.
Bununla bağlı fitnes məşqçisi Kamil Zeynallı sosial şəbəkə hesabında görüntülər paylaşıb.
O bildirilib ki, yaralı pişik baytar baxışından keçirilib.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində qəssabın dükandan ət oğurladığına görə pişiyin ayağını kəsdiyi iddia olunub.
Daha sonra həmin şəxs pişiyin ayağının kəsilməsinin təsadüfən baş verdiyini və müalicə xərclərini öz üzərinə götürdüyünü açıqlayıb.