Tanınmış aktyor Dueyn Conson yeni döyməsi ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aktyor kiçik qoç başı olan döyməsini böyütdürərək 3D formatında kəllə skeleti çəkdirib. Conson uzun çəkən döymə prosesi zamanı lentə alınan fotoları “Instagram” hesabında paylaşıb.
Qeyd edək ki aktyor, yeni döyməsini çəkdirmək üçün qolundakı 20 illik qoç başını sildirib. Onun döyməsini bu işlə uzun müddətdir məşğul olan Yomiko edib.